08.04.2024

Məktəbdənkənar təhsil müəssisələrində rəhbər vəzifələrə işə qəbul

Şəki -Zaqatala Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edir.

Müsabiqə 3 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanması və müsahibə) ibarət olacaq.

Namizədlər 15-18 aprel 2024-cü il tarixlərində (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək tələb olunan müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti, ali təhsil haqqında sənədin və əlavənin surəti) çalışdıqları müəssisənin tabe olduğu yerli təhsil sektoruna təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.

Namizədlər üçün tələblər:

- pedaqoji və idarəetmə sahəsi üzrə ali təhsil və yaxud müəssisənin profilinə uyğun ali ixtisas təhsili;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət ilə məşğul olan;

Tələblərə cavab verən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Müsahibə meyarları:

- Vəzifə üzrə praktiki biliklər;

- İdarəetmə bacarıqları;

- Şəxsi keyfiyyətlər.

Aşağıdakı keçid vasitəsilə məktəbdənkənar təhsil müəssisələrində vakant olan rəhbər vəzifələri haqqında məlumat əldə edə bilərsiniz:

Keçid linki: https://drive.google.com/.../1WX.../view...