08.04.2024

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş bilik yarışı keçirilib

Balakən rayon Acılıqbinə kənd ümumi orta məktəbində Aprel döyüşlərinin ildönümünə həsr olunmuş bilik yarışı keçirilib.

Tədbirdə Balakən Rayonu üzrə Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva, ATİAHİ-nin Balakən rayon komitəsinin sədri Ramazan Mololov, aparıcı məsləhətçi Sevinc İbadova, məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak edib.

Beş komanda arasında aparılan bilik yarışında "Dəmir yumruq" komandası yarışın qalibi olub.

Sonda qalib komandalar təltif olunub, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, bilik yarışının təşkilində məqsəd Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yaşatmaq, habelə şagirdlərin fənlər üzrə biliklərinin artırılması və bu istiqamətdə mövcud ədəbiyyatı mütaliəyə yönləndirməkdən ibarətdir.