Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə yerdəyişmə müsabiqəsinin müsahibə mərhələsi keçirilib.
Müsahibə mərhələsində iştirak edən namizədlər məktəb idarəetməsi üçün zəruri olan qanunvericilik və normatik hüquqi aktlar, pedaqogika və metodika haqqında zəruri anlayış və biliklər, tədris prosesinin idarə olunması ilə bağlı zəruri bilik və yanaşmalar və digər mövzularla bağlı sualları cavablandırıblar.