15.04.2024

9 məktəblimiz İqtisadiyyat Müsabiqəsinin birinci turunun qalibidir

29 mart-3 aprel tarixlərində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və İqtisadi-Sosial İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ölkə üzrə İqtisadiyyat Müsabiqəsinin I turu keçirilib.

Ümumi təhsil məktəbliləri arasında iqtisadiyyat və maliyyə sahələrinə marağı stimullaşdırmaq, iqtisadi təhsili təşviq etmək məqsədi daşıyan və onlayn keçirilən beynəlxalq bilik yarışının I turunda ən yaxşı nəticə toplamış 61 şagirdin 9-u şimal-qərb regionunun məktəblisidir.

Qeyd edək ki, müsabiqənin növbəti turunda qalib gələn şagirdlər iyun ayında Yunanıstanın Afina şəhərində ingilis dilində keçiriləcək yekun turunda iştirak edəcəklər.