07.03.2024

37 təhsil müəssisəsində monitorinqlər keçirilib

Bu ilin əvvəlindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki 37 təhsil müəssisəsində monitorinqlər keçirilib.

Monitorinqlər əsasən təhsil müəssisələrində məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı aparılıb. Monitorinqlər zamanı aşkar edilmiş nöqsanlara əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyası və vəzifəsini düzgün yerinə yetirmədiyi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə 4 təhsil müəssisəsinin rəhbərinə xitam, 9 müəssisə rəhbərinə töhmət, 1 müəssisə rəhbərinə şiddətli töhmət verilib, 10 müəssisə rəhbərinə xəbərdarlıq edilib.

Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.