06.04.2024

Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir.

Müsabiqədə musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan şəxslər iştirak edə bilərlər.

Namizədlər 18 aprel 2024-cü il saat 23:59-a kimi qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün link: https://forms.gle/VyM6M5LdncLh5s12A

Müsabiqə yalnız müsahibə mərhələsindən ibarətdir.

Qeyd edək ki, müsahibəni 2 və ya daha çox namizəd keçərsə, aşağıdakı prioritetlilik üzrə seçim aparılacaq:

Şəhid ailə üzvü;

Həyat yoldaşının və ya özünün Vətən müharibəsi iştirakçısı olması;

Təhsil səviyyəsi;

Pedaqoji staj.


Açar sözlər: ,