07.04.2024

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

Aprelin 7-də Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqədə Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə 6 mərkəzdə 1001 nəfər şagird iştirak edib.

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.


Açar sözlər: ,  ,