06.04.2024

IV və VI siniflərin monitorinq qiymətləndirilməsi üzrə ilk dəfə online-test formasında sınaq imtahanı keçirilib

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə ilk dəfə online-test formasında sınaq imtahanı keçirilib.

Sınaq imtahanını keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən sınaq imtahanı Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və təbiət fənləri üzrə aparılıb.

İmtahan zamanı IV sinif şagirdlərinə tədris dili və riyaziyyat fənləri üzrə 30 sualın cavablandırılması üçün 120 dəqiqə, VI sinif şagirdlərinə isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə 25 sualın cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.

Qeyd edək ki, imtahan yekunlaşdıqdan sonra 1 saat ərzində nəticələr ümumi təhsil müəssisələrinə təqdim olunub.


Açar sözlər: ,  ,