16.03.2024

"Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib

Martın 16-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib. Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan seçim turunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının məktəblərində təhsil alan, ümumilikdə, 200 nəfər X sinif şagirdi iştirak edib.

Qeyd edək ki, müsabiqənin yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar. 


Açar sözlər: