07.03.2024

Qəbələ rayonunda olan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə martın 7-də vətəndaş qəbulu keçirib

Qəbələ rayonunda olan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə martın 7-də vətəndaş qəbulu keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Sonra yeni istifadəyə verilmiş Zarağan kənd 1 nömrəli tam orta məktəbdə vətəndaş qəbulu keçirilib. Qəbulda Qəbələ, Şəki, Qax və regionun digər rayonlarının sakinləri iştirak ediblər.

Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı tapşırıqlar verib.

Ardınca Zarağan kənd 1 nömrəli tam orta məktəbdə antiterror əməliyyatı zamanı şəhid olmuş Qəbələ rayonu Mirzəbəyli kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Xəyyam Səmədovun övladları və şəhid Məhəmməd Qarayevin anası, texnologiya müəllimi Könül Qarayeva ilə görüş keçirilib, şəhidlərimizin xatirəsi yad edilib.

Daha sonra Kənan Kərimzadə Qəbələ rayonunda udilərin məskunlaşdığı Nic qəsəbəsində yerləşən Nic qəsəbə 1 nömrəli tam orta məktəbin yeni tikilmiş binasına baxış keçirib, müəllim və şagirdlərlə görüşüb.


Açar sözlər: