Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova, idarənin struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva və ŞZRTİ-nin xanım əməkdaşları iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova ilk olaraq kollektivin qadın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayan G.Mahmudov xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edib.
Daha sonra ŞZRTİ kollektivinin qadın üzvlərinə səmimi arzularını bildirən İdarənin struktur bölmə rəhbərləri təhsil sektorunda mühüm nailiyyətlərin əldə edilməsində, cəmiyyətdə və ailədə milli-mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar.
Sonda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə İdarənin xanım əməkdaşlarına Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin hədiyyələri təqdim olunub.