Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili "Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə metodik xidmət göstərəcək metodist Tükəzban Maxsudova ilə görüşüb, onu təbrik edərək işlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə həyata keçirdiyi layihənin məqsədi təhsilverənlərin metodiki və pedaqoji bacarıqlarını inkişaf etdirmək, onlara bu istiqamətdə dəstək göstərməkdir.