Balakən rayon təhsil sektorunda Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş "dəyirmi masa" təşkil edilib. Tədbirdə şəhid anası, "Şəhidim, bir gün görüşəcəyik cənnətdə" kitabının müəllifi Gülşən Kərimova, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işçisi, alim, müxtəlif tarixi monoqrafiyaların müəllifi,təhsil işçisi Akif Məmmədli, yazıçı-publisist Nəfisət Vahid, Qaracabinə kənd ümumi orta məktəbin direktoru, şeirlər kitabı müəllifi Vüsalə Mikayılova, qocaman təhsil işçisi, yazıçı Şöyüb Mikayılov, təhsil sektoru əməkdaşları və məktəb kitabxanaçıları iştirak edib.
Tədbirdə çıxış edənlər Beynəlxalq Kitab Bağışlama Gününün tarixi, mahiyyəti və kitab oxumağın faydaları, mütaliənin insan həyatında oynadığı roldan bəhs edib. Həmçinin şagirdlərin mütaliəyə olan marağının artırılması istiqamətində yazıçı, elm xadimləri ilə birgə təşkil ediləcək fəaliyyətlər, təkliflər müzakirə edilib.
Sonda qonaqlar müəllifi olduğu kitabları rayon təhsil sektoruna hədiyyə edib.