26.02.2024

Qəbələdə məktəb rəhbərləri ilə görüş keçirilib

Qəbələ rayon şəhər 5 nömrəli tam orta məktəbdə məktəb rəhbərləri ilə görüş keçirilib.

Görüşdə rayon təhsil sektorunun müdiri Arifə Bayramova, sektor əməkdaşları və məktəb rəhbərləri iştirak ediblər.

Görüşdə məktəblərin idarəetməsi, müəllimlərin fəaliyyət keyfiyyətinin artırılması məsələləri, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, "Ən yaxşı təqdimat" müsabiqəsinin gedişatı, istedadlı şagirdlər üçün təşkil olunacaq fənn müsabiqələri, buraxılış imtahanları müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.


Açar sözlər: ,