Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbirlər keçirilib.
Tədbirlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, təhsil müəssisələrinin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirlər müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Daha sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hissini vətənpərvərlik ruhunda səhnələşdirdikləri ədəbi-bədii kompozisiyalarda ifadə ediblər.