22.02.2024

Təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Fevralın 22-də Şəki -Zaqatala Regional Təhsil İdarəsində tabeliyində fəaliyyət göstərən Şəki və Qax rayon ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Tədbirlərdə rayon üzrə təhsil sektorlarının müdirləri və əməkdaşları, məktəb direktorları iştirak ediblər.

Görüşlərdə ümumi təhsil müəssisələrinin düzgün idarəolunması, tədrisin keyfiyyətinin yüksəldilməsi, eləcə də Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində uğur qazanan şagirdlərlə işin düzgün təşkil olunması, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesinə hazırlıq məqsədilə müəllimlərlə maarifləndirici görüşlərin keçirilməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.


Açar sözlər: ,  ,