23.02.2024

Ümumtəhsil məktəblərində fəaliyyət göstərən peşə təmayüllü siniflərdə “Açıq qapı” günü keçirilib

Şimal-qərb bölgəsinin ümumtəhsil məktəblərində fəaliyyət göstərən peşə təmayüllü siniflərdə “Açıq qapı” günü keçirilib.

Tədbirlərdə rayon təhsil sektorlarının müdirləri, dövlət və özəl qurum nümayəndələri, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

İştirakçılar Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin ixtisas üzrə dərslərində iştirak edərək əl işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 23 ümumtəhsil məktəbində açılmış 26 peşə təmayüllü siniflərdə 446 şagird təhsil alır.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.


Açar sözlər: ,