Fevralın 16-da Şəki rayon Qoxmuq kənd tam orta məktəbində fəaliyyət göstərən peşə təmayüllü siniflərin "Açıq qapı" günü keçirilib.
"Açıq qapı" günündə iştirak edən qonaqlar ilk olaraq şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Məktəbin direktoru Kəmalə Həsənova çıxış edərək peşə təhsilinə göstərilən qayğı, bu sahədə əldə olunan nailiyyətlər və qarşıda duran fəaliyyət istiqamətləri barədə danışıb.
Qeyd edək ki, peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək.