19.01.2024

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin akt zalında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.

Dəyirmi masada Şəki -Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 34 il ötdüyünü qeyd edilib. Bildirilib ki, həmin gün Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qırıla bilinməyəcəyini nümayiş etdirdi. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar xalqımızın yenilməz, məğrur olduğunu bir daha dünyaya göstərdi.

Sonda 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş etdirilib.


Açar sözlər: