Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərsləri izləyib.
Xalqımızın azadlıq mübarizəsinin şanlı mərhələsini şagird və müəllimlərlə müzakirə edən müdir vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova 20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəmanlığından danışıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova Azərbaycan xalqının apardığı mübarizə tarixinin bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə və zəfərə qovuşdurduğunu diqqətə çatdırıb. Günay Mahmudova 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən bəhs edərək Vətəni sevmək, onu qorumaq, baş verən tarixi hadisələri unutmamaq və gələcək nəsillərə ötürmək üçün təhsil sahəsində mühüm işlər görüldüyünü bildirib.
Qeyd edək ki, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində məktəblərin pedaqoji kollektivləri və şagirdlər Şəhidlər xiyabanını ziyarət ediblər. Həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar, konfrans, seminar, mühazirə və dəyirmi masalar da keçirilir.