Yanvarın 17-də Şəki şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan riyaziyyat və xarici dil müəllimləri, həmçinin tədris digər dillərdə aparılan bölmələrinin Azərbaycan dili müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.
Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında təşkil olunmuş görüşdə Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, sektorun əməkdaşları və müəllimlər iştirak ediblər.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib, bir sıra müzakirələr aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, rayonlar üzrə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüşlər davam edir.