16.01.2024

İşə qəbul olmaq istəyən şəxslərin nəzərinə!

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində hal-hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri, psixoloq və mühasib vəzifələri üzrə qeydiyyatdan keçmiş şəxslər 17-19 yanvar saat 18:00-dək yerli rayon təhsil sektoruna yaxınlaşaraq imtahana buraxılış vərəqəsini götürə bilərlər.

Həmçinin bildiririk ki, buraxılış vərəqəsini götürməyə gələn hər bir namizəd şəxsiyyəti təsdiq edən sənədi, o cümlədən, müvafiq tələblər qoyulan vəzifələr üzrə diplom və əmək kitabçasının surəti üzərində olmağı mütləqdir.

Qeyd edək ki, test imtahanında mühasib vəzifəsi üzrə 30 ixtisas, 10 informatika, 10 məntiqi təfəkkürü ölçən suallar, digər vəzifələr üzrə isə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürün yoxlanılması üçün suallar təqdim ediləcək.


Açar sözlər: