15.01.2024

Məktəb rəhbərləri ilə görüş keçirilib

Qəbələ rayon təhsil sektorunun akt zalında məktəb rəhbərləri ilə görüş keçirilib.

İclasda rayon təhsil sektorunun müdiri Arifə Bayramova, sektorun əməkdaşları və məktəb rəhbərləri iştirak ediblər.

Görüşdə I yarımil ərzində görülən işlər, məktəbdaxili qiymətləndirmə, fənn olimpiadalarının nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, qarşıda duran digər vəzifələr ətrafında müzakirələr aparılıb.

Görüşdə, həmçinin tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyindan bəhs olunub.

Daha sonra məktəb direktorları rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti barədə onları maraqlandıran sualları səsləndiriblər.


Açar sözlər: ,