15.02.2024

Qax rayonunda sertifikasiya ilə bağlı növbəti görüş keçirilib

Qax rayon ümumtəhsil məktəblərində çalışan bir qrup riyaziyyat və xarici dil müəllimləri, həmçinin tədris digər dillərdə aparılan bölmələrinin Azərbaycan dili müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş keçirilib.

Görüşdə çıxış edənlər sertifikasiya prosesinə hazırlıq və onun əhəmiyyəti, həmçinin bununla bağlı digər məsələlər haqqında geniş məlumat veriblər.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,