Qax rayonu Qıpçaq kənd tam orta məktəbdə 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova və Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verərək, şagirdlərin dünyagörüşünün inkişafında, bədii zövqünün formalaşmasında, milli və bəşəri dəyərlərə yiyələnməsində mütaliənin mühüm rol oynadığı diqqətə çatdırıb.
Sonda idarə müdiri məktəbin şagirdlərinə milli və dünya uşaq ədəbiyyatından müxtəlif kitablar hədiyyə edib.