15.02.2024

"STEAM", Rəqəmsal bacarıqlar və Peşə təmayüllü siniflər layihəsinin tətbiq olunduğu təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və "STEAM", Rəqəmsal bacarıqlar və Peşə təmayüllü siniflər layihəsinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

İdarənin akt zalında keçirilən görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, İdarənin struktur bölmə rəhbərləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Görüşdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova 2023-2024-cü tədris ilinin birinci yarımili üzrə hər 3 layihə üzrə görülən işlərin hesabatını təqdim edib. Hesabatda sözügedən layihələrdə iştirak edən ümumi təhsil müəssisələri üzrə şagird dinamikası göstərilib, eyni zamanda növbəti dövr üçün nəzərdə tutulan işlərin müzakirəsi aparılıb.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 17 məktəbdə STEAM, 29 məktəbdə Rəqəmsal bacarıqlar və 23 məktəbdə isə Peşə təmayüllü siniflər layihəsi tədbiq olunur.


Açar sözlər: ,  ,