Yanvarın 19-da Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Rauf Əsədov, rayon təhsil sektorunun müdiri Zamik Cəbiyev, şagirdlər və onların fənn müəllimləri iştirak edib.
Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb
Görüşdə çıxış edənlər növbəti mərhələdə şagirdlərə uğurlar arzulayaraq məktəblilər arasında keçirilən müsabiqələrin məqsədi, təhsil sahəsində dövlətin həyata keçirdiyi tədbirlər danışıblar.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (ŞZRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 941 şagirdi RFO-nun yarımfinal turunda iştirak etmək hüququ qazanıb.