07.01.2024

Direktorlarla görüş keçirilib

Qəbələ rayon təhsil sektorunda cari məsələlərə dair məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Günay Mahmudova, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, rayon təhsil sektorunun müdiri Arifə Bayramova, sektor əməkdaşları və müəssisə rəhbərləri iştirak ediblər.

Görüşdə cari məsələlər, tədrisin keyfiyyəti, qarşıda duran hədəflər müzakirə olunub, habelə müvafiq məsələlər barədə məktəb rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,