Yanvarın 8-dən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
İdarənin inzibati binasında keçirilən müsahibəyə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, topladığı bala görə müraciət edənlər arasında ən yüksək bal toplamış 14 nəfər namizəd dəvət olunub.
Müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır.
Qeyd edək ki, müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər 1 (bir) il müddətinə gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər.