09.01.2024

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

İdarənin inzibati binasında keçirilən müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır.

Qeyd edək ki, təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatdıqdan sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən apellyasiya müraciətlərinə baxılacaq. Apellyasiya ilə əlaqədar müraciətlər isə yanvar ayının 20-dək Şəki-Zaqatala Regional Təhsil İdarəsinin elektron poçt ünvanına (info@shaki.edu.gov.az) göndərilməlidir. Müraciətdə apellyasiya ilə bağlı müraciət edən şəxsin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya nömrəsi və ya fin kodu qeyd olunmalıdır.

Yanvarın 15-dən apellyasiya komissiyası tərəfindən müraciətlərə baxılacaq, apellyasiya müsahibələrinin keçiriləcəyi yer və tarix barədə müvafiq məlumat namizədlərə sms bildirişi göndəriləcək.