Yanvarın 11–də Balakən rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan riyaziyyat və xarici dil müəllimləri, həmçinin tədris digər dillərdə aparılan bölmələrinin Azərbaycan dili müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları Rauf Əsədov, Elvin Mustafayev, sektorun əməkdaşları və fənn müəllimləri iştirak edib.
Keçirilən görüşdə sertifikasiya qaydaları haqqında müəllimlərə məlumat verildikdən sonra onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, analoji görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.