Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında bir qrup məktəb direktoru ilə görüş keçirilib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova, İdarənin İnzibati təşkilat, Tədrisin keyfiyyəti, Maliyyə- iqtisadiyyat, rayon təhsil sektor müdirləri və bir qrup məktəb direktorları iştirak ediblər.
Keçirilən görüşdə tədrisin keyfiyyəti, məktəb sənədləri, qarşıda duran hədəflər müzakirə olunub, habelə müvafiq məsələlər barədə məktəb rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, görüşün keçirilməsində məqsəd tədrisin keyfiyyətinin artırılmasından, tədris prosesinin düzgün idarəolunması ilə nəticəyönümlülüyün əldə olunması və ümumi təhsilin məqsədyönlü inkişafına nail olmaqdan ibarətdir.