“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin respublika mərhələsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Şəki şəhər 17 nömrəli tam orta məktəbin akt zalında “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin respublika mərhələsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, rayon təhsil sektorlarının əməkdaşları iştirak ediblər.
Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, region üzrə 25 nəfər şagird müsabiqənin final mərhələsinin qalibi olub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin təşkilində əsas məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltməkdir.