07.12.2023

Lisey və məktəb-liseylərə şagird qəbuluna başlanılır

2023-2024-cü tədris ili üzrə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və məktəb-liseylərə şagird qəbuluna start verilir. Şagird qəbulu Regional Təhsil İdarəsi tərəfindən VII və VIII siniflər üzrə mərkəzləşdirilmiş qəbul imtahanı vasitəsilə aparılacaq. Ərizə qəbulu prosesi 10 yanvar tarixinədək davam edəcək.

İmtahan zamanı şagirdlərə tədris dili, riyaziyyat və müvafiq profil fənləri üzrə tapşırıqlar təqdim ediləcək.

Liseylər üzrə şagirdlərin qəbulu elektron yerdəyişmə portalı vasitəsilə aparılır, məktəb-liseylər üzrə isə valideynlər (və ya qanuni nümayəndə) aşağıda qeyd olunan təhsil müəssisəsinə yaxınlaşaraq müraciət edə bilərlər.

• Balakən şəhər Humanitar və texniki təmayüllü lisey;

• Oğuz şəhər 3 nömrəli məktəb-lisey

• Qax şəhər N.Allahverdiyev adına 2 saylı məktəb-lisey;

•Zaqatala şəhər Humanitar fənlər gimnaziyası;

• Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;

• Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü lisey.


Açar sözlər: ,