08.12.2023

Qaxda “Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi” məqsədilə iclas keçirilib

Qax şəhər Tofiq İsmayılov adına 5 nömrəli tam orta məktəbində “Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi” məqsədilə iclas keçirilib.

İclasda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Elxan Abdullayev, Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov, sektorun əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Elxan Abdullayev çıxış edərək ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı təlimatdan bəhs edərkən bildirib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir.

Daha sonra çıxış edən Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov məktəb idarəçiliyində şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb.

Sonda məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında müzakirə aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.


Açar sözlər: ,  ,