08.12.2023

Şimal-qərb zonasının məktəbliləri Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) 2023-ün qalibi olublar

4-8 dekabr tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil olunan "SAF-2023"-STEAM-Azərbaycan Festivalında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz, Şəki, Qax, Balakən və Zaqatala rayon təhsil sektorlarının tabeliyində olan məktəblərdən ümumilikdə 17 komanda yarışa qatılmış və uğurla iştirak edərək müxtəlif yarış nominasiyaları üzrə qalib olublar.

Qeyd edək ki, dekabrın 8-də isə festivalın bağlanış mərasimi keçirilib və qaliblər mükafatlandırılıb.

Qalib komandaları Sizlərə təqdim edirik:

Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin "Dream Weavers" komandası “Engineers of Future” kateqoriyası üzrə bürünc medal; Mentor: Şəhla Məmmədova

Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin "Game Experts" komandası "Boat Racing" kateqoriyasi üzrə 1-ci yer; Müəllim: Nərminə Abdullayeva

Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin "Frends of Nature komandası" "VidX" kateqoriyası üzrə 3-cü yer. Eyni komanda “Attractive team“ kateqoriyasinin qalibi; Mentor: Əsmər Zehirova

Qax STEAM mərkəzinin "Fly Tech" komandası "Attractivie team" nominasiyası üzrə qalib; Mentor: Adilə Aşurova

Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin “VORTEX” komandası “İnnovative exhibition” kateqoriyası üzrə qalib; Mentor: Əfsanə Quluyeva

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin “Radrone Technologies” komandası “Innovative Exhibition” kateqoriyası üzə qalib; Mentor: Vəfa Rəsulova

Zaqatala STEAM Mərkəzinin “BOOS" komandası “FLY TECH” kateqoriyası üzrə 3-cü Yer; Mentor: Mehparə Mirzəyeva

Zaqatala STEAM Mərkəzinin “ANGELS" komandası “ROBOKİDS” kateqoriyası üzrə 3-cü Yer; Mentor: Şəbnəm Laçınova

Zaqatala STEAM Mərkəzinin “AMİGOS" komandası “VİDX” kateqoriyası 3-cü Yer; Mentor: Gülüstan Qazıyeva

Zaqatala STEAM Mərkəzinin "İnvincible pilots" komandası "wings and wheels" kateqoriyası üzrə 2-ci Yer, “Attractive team” nominasiyası üzrə 1-ci Yer; Mentor: Nərmin Həbilova

Zaqatala STEAM Mərkəzinin “PEACE" komandası “H2 GRAND PRİX PRO” kateqoriyası-“Ən yaxşı PİT STOP” üzrə 1-ci Yer; Mentor: Gülarə Murtuzəliyeva

Zaqatala STEAM Mərkəzinin “STEP BY STEP" komandası “İNNOVATİVE EXHİBİTİON” kateqoriyası üzrə qalib; Mentor: Firdovsə Nəbiyeva

Zaqatala STEAM Mərkəzinin “HEROES" komandası “FLL EXPLORE” kateqoriyası üzrə qalib; Mentor: Kəmalə Məmmədova

"AREA" kursunun Zaqatala şagirdlərindən ibarət “SOFTWARE SUPERSTAR" komandası “İNNOVATİVE EXHİBİTİON” kateqoriyası üzrə qalib; Mentor: Könül Əliyeva

Zaqatala şəhər “Area” kursunun şagirdlərindən ibarət komandası “İnnovative exhibition” kateqoriyası üzrə qalib; Mentor: Məhəmmədnəbi Məmmədvasiyev

Komandalarımızı təbrik edir, fəaliyyətlərində və növbəti müsabiqələrdə davamlı uğurlar arzulayırıq.


Açar sözlər: ,