18.12.2023

Voleybol yarışı keçirilib

Zaqatala rayonu üzrə təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Zaqatala rayon komitəsi tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rayon ümumi təhsil müəssisələrinin müəllimləri arasında voleybol yarışı keçirilib.

Ümumilikdə 10 komandanın iştirak etdiyi idman yarışının yekun nəticəsinə əsasən, Mamrux kənd tam orta məktəbin komandası birinci yerə, Danaçı kənd tam orta məktəbin komandası ikinci yerə, Tala kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalar kubok, medal, fəxri fərman və digər qiymətli hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,