Dekabrın 25-də Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan riyaziyyat və xarici dil müəllimləri, həmçinin tədris digər dillərdə aparılan bölmələrinin Azərbaycan dili müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.
Görüşdə rayon təhsil sektorunun müdiri Zamik Cəbiyev, sektorun əməkdaşları və fənn müəllimləri iştirak edib.
Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə rayon sektorunun müdiri Z.Cəbiyev sertifikasiya qaydaları haqqında müəllimlərə məlumat verildikdən sonra onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, analoji görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.