Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev nəzərdə tutulan yeni işə təyinatı ilə əlaqədar olaraq vəzifəsinə xitam verilib.
Dekabrın 19-da Şəki -Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasovun iştirakı ilə kollektivlə görüş keçirilib.
Tədbirdə Bəhruz Mehdiyev çıxış edərək, idarənin əməkdaşlarına, pedaqoji kollektivə və ictimaiyyətə təşəkkür və minnətdarlığını bildirib.
Qeyd edək ki, Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə regional idarənin müdir müavini Günay Mahmudovaya həvalə edilib.