21.12.2023

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Şəkidə məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində olub

Dekabrın 19-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov Şəki şəhərinə səfəri çərçivəsində Şəki rayonunun bir sıra məktəblərində və məktəbəqədər təhsil müəssisələrində olub.

Şəki şəhəri 7 və 5 nömrəli tam orta məktəblərində şagird-müəllim kollektivi ilə görüşən direktor müavini Şəki şəhərində yerləşən 8, 10, 18 və 30 nömrəli uşaq bağçalarının təlim-tərbiyə prosesini izləyib və yaradılmış şəraitlə tanış olub.


Açar sözlər: