21.12.2023

İş yerinin dəyişdirilməsi müsabiqəsinin test imtahan mərhələsi keçiriləcək

Dekabrın 23-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan direktor, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə iş yerinin dəyişdirilməsi müsabiqəsinin test imtahan mərhələsi keçiriləcək.

Qeydiyyatdan keçmiş namizədlərə (tələblərə uyğunluğu nəzərə alınmaqla: 3 ildən az olmayaraq vəzifə stajı və hazırda çalışdığı vəzifəyə müvafiq olan vəzifəni seçmək) test imtahanının keçiriləcəyi ünvan və saatı ilə bağlı SMS bildiriş göndəriləcək. Yuxarıda qeyd olunan tələblərə uyğun olmayan namizədlərin iştirakı nəzərdə tutulmayıb.

Qeyd edək ki, test imtahanında:

Direktorlar üçün metodika və pedaqogika üzrə 15, riyazi və məntiqi düşünmə bacarıqları üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması üzrə 20 sual olmaqla ümumilikdə 50 test tapşırığı;

Tədris işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar üçün metodika və pedaqogika üzrə 20, riyazi və məntiqi düşünmə bacarıqları üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması üzrə 15 sual olmaqla ümumilikdə 50 test tapşırığı təqdim ediləcək.


Açar sözlər: