Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan riyaziyyat və xarici dili müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.
Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında təşkil olunmuş görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İdarənin İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, sektorun əməkdaşları və müəllimlər iştirak ediblər.
Görüşdə çıxış edənlər təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıblar. Görüşdə həmçinin sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimlər məlumatlandırıblar.
Görüşün sonunda imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.