25.12.2023

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

Dekabrın 24-də Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

Respublika fənn olimpiadaları 7 fənn (Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya) üzrə olmaqla 10 mərkəzdə təşkil olunub. Ümumilikdə, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən mərkəzlər üzrə 3512 nəfər şagird iştirak edib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!


Açar sözlər: ,