23.12.2023

Gənclər arasında "Fibonacci" intellektual yarışının Şəki-Zaqatala regionu üzrə seçim mərhələsi keçirilib

Gənclər arasında "Fibonacci" intellektual yarışının Şəki-Zaqatala regionu üzrə seçim mərhələsi keçirilib.

Balakən rayon "Gənclər evi" sosial xidmət müəssisəsində təşkil olunmuş seçim oyununda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları üzrə 10 komanda iştirak edib.

Oyunun nəticələrinə əsasən, I yeri Balakən rayon Humanitar və texniki təmayüllü liseyin "Amin Novruzov" komandası, II yeri Oğuz rayonu Böyük Söyüdlü kənd tam orta məktəbin "Rəvan" komandası, III yeri Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin "Zəfər" komandası tutub.

İlk üç yeri tutan komandalar final mərhələsində iştirak etmə hüququ qazanıblar.

Məktəblilərimizi təbrik edir, final mərhələsində uğurlar arzu edirik.


Açar sözlər: ,