07.12.2023

SAF-2023-Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət komandalar festivalda uğurla iştirak edir. Festivalın 3-cü gününə olan nəticələrə əsasən:

Zaqatala şəhər N.Hüseynov adına 2 nömrəli tam orta məktəbin “STEP BY STEP” komandası “İnnovative exhibition” kateqoriyası üzrə qalib komanda seçilib.

Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin “VORTEX” komandası “İnnovative exhibition” kateqoriyası üzrə qalib komanda seçilib.

Zaqatala rayon Muxax kənd A.Bubuşov adına 1 nömrəli tam orta məktəbin “Angels” komandası “Robokits” kateqoriyası üzrə 3-cü yerə layiq görülüb.

Zaqatala rayon Muxax kənd E.Feyziyev adına 3 nömrəli ümumi orta məktəbin “HEROES” komandası “FLL EXPLORE” kateqoriyası üzrə qalib komanda seçilib.

Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin "Dream Weavers" komandası “Engineers of Future” kateqoriyası üzrə bürünc medala layiq görülüb.

Qalib olan komandalarımızı təbrik edir, yarışa davam edən komandalarımıza isə uğurlar arzu edirik!

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət 13 komanda Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün seçim turunda müxtəlif kateqoriyalar üzrə uğur qazanaraq final mərhələsində iştirak hüququ qazanıblar.


Açar sözlər: ,