11.12.2023

“Yollar, qaydalar və mən” adlı maarifləndirici tədbir keçirilib

“Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023 cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Yollar, qaydalar və mən” adlı növbəti maarifləndirici tədbir Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib.

Tədbirdə “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Kəmalə Abdullayeva və əməkdaşları, Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elina Əliyeva, Dövlət Yol Polisi əməkdaşları və dərnək üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məqsəd qəza hallarının sayını azaltmaq, yol-hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək və uşaqları daha çox bilgiləndirməkdir.

Tədbirdə dərnək üzvləri arasında intellektual yarış, interaktiv oyunlar keçirilib. Dərnək üzvləri arasında keçirilən yarışda ərazi üzrə Dövlət Yol Polisi əməkdaşları münsiflər heyətində yer alıblar.

Yarışda fəal iştirakına görə şagirdlərə “Təşəkkürnamə” ilə təltif olunublar.


Açar sözlər: ,