06.12.2023

Zaqatalada məktəblilər arasında teatr yarışması keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Zaqatala rayonunun ümumi təhsil məktəblərinin şagirdləri arasında "Milli-mənəvi dəyərlərin davamçısı - Heydər Əliyev” adlı teatr yarışması keçirilib.

 

Heydər Əliyev Mərkəzində keçirilən yarışmada Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Zaqatala rayonu üzrə təhsil sektorunun rəhbər şəxsləri, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Teatr yarışmasında məktəblilər tərəfindən səhnələşdirilmiş Azərbaycanın tanınmış yazıçılarının əsərlərindən parçalar təqdim olunub.

 

Yarışmanın qalibləri hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,