06.12.2023

Vətən müharibəsi şəhidi Elçin Nadirovun xatirəsi anılıb

Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə Vətən müharibəsi şəhidi Elçin Nadirovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə liseyin müəllim-şagird kollektivi və şəhidin yaxınları iştirak edib.

 

Anım tədbirinin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Çıxış edənlər 44 günlük Vətən müharibəsində igidlərimizin düşmənə sarsıdıcı zərbələr endirdiyi vurğulanıb, doğma torpaqlarımızın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıq diqqətə çatdırıb. Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Daha sonra isə tədbir Şəkinin Köbər Zəyzid kənd tam orta məktəbinin şəhid Elçin Nadirovun adını daşıyan 11-ci sinfində davam edib.


Çıxış edənlər şəhidin şərəfli ömür yolundan, Vətən müharibəsi zamanı göstərdiyi şücaətlərdən bəhs ediblər. O da qeyd olunub ki, qəhrəmanlarımızı şagirdlərimizə tanıtmaq borcumuzdur.


Daha sonra şəhid Elçin Nadirovun anası məktəblilərə üzərinə şəhidin şəkli vurulmuş və şəhid anasının ürək sözləri qeyd olunan dəftər hədiyyə edib.


Açar sözlər: ,