31.10.2023

Şəki rayonunda yerləşən məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə monitorinq təşkil olunub

30-31 oktyabr tarixlərdə Elm və Təhsil Nazirliyinin Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin əməkdaşları Şəki rayonunda yerləşən məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrində olublar.

Qeyd edək ki, region məktəblərinə səfərin məqsədi Elm və Təhsil Nazirliyinin sisteminə daxil olan qurumların əməkdaşlarının təhsilin strateji planlaşdırılmasının mahiyyəti ilə bağlı maarifləndirilməsi, strateji nəticələrin əldə olunmasında həmin qurumların töhfələrinin artırılması, həmçinin, mövcud vəziyyətlə tanışlıq və təhsil prosesinin iştirakçılarının ehtiyaclarının düzgün qiymətləndirilməsidir.


Açar sözlər: