21.11.2023

“Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib

Oğuz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan yarışda Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oyunda iştirakçılara müstəqillik tariximizdən, dövlətçilik quruculuğumuz haqqında 30 sual verilib.

30-a yaxın komandanın qoşulduğu bilik yarışının yekun nəticələrinə görə, Böyük Söyüdlü kənd tam orta məktəbin Xarıbülbül komandası birinci, Xaçmazqışlaq kənd tam orta məktəbin Xudayar komandası ikinci, Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin Nail komandası üçüncü yerə layiq görülüb.

Yarışın qalibləri Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom, kubok və hədiyyələri ilə təltif olunublar.  


Açar sözlər: